Qəhrəman

Xədicə Qasımzadə

Qasımzadə Xədicə Rasim qızı 27.09.2007-ci il tarixində Sumqayıt şəhərində anadan olub. Xədicə 2 yaş 2 ayliq olanda ayaqlarının fiziki hərəkətinin itirməsi (tutulması) səbəbindən xəstəxanaya müraciət edilib. Analizin cavabı əsasında leykemiya (el arasında “ağ qan qırmızı qanı yeyir” və ya “qan xərçəngi”) diaqnozu qoyulub 2010-cu ilində müalicə başlanılıb və 2012-ci ilin iyulunda yekunlaşıb (2 il 6 ay).
Xədicə 10 ildən artıqdır bu mübarizədə qalib gəlib və uzun müddətdir ki, digər qəhrəmanlar kimi hal-hazır da müalicəsini davam etdirən balaca pasiyentləri ziyarət edərək onları motivasiya edir.
Hal-hazırda Xədicə 8-ci sinifdə oxuyur. 5-ci sinifə kimi evdə təhsil alıb və daha sonrakı illəri ənənəvi təhsillə davam etdirib.

Qəhrəman

Emil Ağamalızadə

Emil Ağamalızadə 2012-ci ildən leykemiya ilə mübarizə aparıb. 2015-ci ildə leykemiyanan mübarizəsini uğurla başa vurub. Hal-hazırda Birliyimizin digər qəhrəmanları kimi müalicədə olan uşaqları və valideynləri motivasiya edilər.
Qəhrəman

Əbəlfəz Əhmədov

Əhmədov Əbəlfəz Sadiq oğlu 12.03.2013-cü il tarixində Bakı şəhərində anadan olub. 2018-cü ildə şiddətli sümük ağrılarınan xəstəxanaya müraciət etdik. Qan analizi, sümük iliyi analizi və digər analizlərinə əsasən kəskin limfoblast leykoz diaqnozu qoyulmuşdur. 2018-ci ildə başlayan müalicə 2 il 3 ay davam edərək 2020-ci ilin may ayında yekunlaşdı.
Hal-hazırda Əbəlfəz həkim nəzarətində saxlanılır və ayda 1 dəfə həkim yoxlanışdan keçir.
Hal-hazırda 3-cü sinifdə təhsil alır (evdə təhsil proqramınan).
Qəhrəman

Nazlı Cəbrayılova

Cəbrayılova Nazlı Nizam qızı 20.07.2015-ci il tarixində Bakı şəhərində anadan olub, 2018-ci ilin oktyabr ayında ümumi halsızlıq, qan azlığı, iştahsızlıq və ayağın tutulması kimi əlamətlərlə xəstəlik özünü göstərməyə başladı. 2018-cü ilin noyabr ayında kəskin vəziyyətdə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə çatdırıldı, qandan və iliydən götürülən analizlərə əsasən leykemiya diaqnozu qoyuldu və müalicələrə başlanıldı.
2018-ci ilin noyabrından başladılan müalicə 2021-ci ilin avqustunda uğurla başa çatdı və hal-hazırda Nazlı ayda 2 dəfə həkim müayinəsindən keçir.
Qəhrəman

İlknur Bağırzadə

Bağırzadə İlknur Emil qızı 02.10.2017-ci il tarixində Bakı şəhərində anadan olub. İlknurun 2 yaşı olanda boynunda limfa düyünləri şişdiyindən xəstəxanaya müraciət ediblər. Analiz cavabı nəticəsində leykemiya ("qan xərçəngi") diaqnozu qoyulub. 2019-cu ilin may ayında müalicəsinə başlanılıb və 2 il yarımdan sonra müalicəsi uğurla başa çatıb.