Skip to main content

“Leykemiya ilə Mübarizə” İctimai Birliyinin sədr müavini Rəşad Dadaşov 02.02.2022-ci il tarixində Azərbaycan Milli Məclisin VI çağırış deputatı Razi Nurullayevlə görüşüb.

 

Görüş nəticəsində sədr müavini tərəfindən leykemiya ilə mübarizə aparan pasiyentlərin qarşılaşdığı çətinliklər barədə millət vəklinə məlmatlar verilib.

 

Millət vəkili Razi Nurullayev pasiyentlərin qarşılaşdığı çətinliklərin həlli istiqamətində bacardığı qədər köməklik göstərəcəyini bildirdi.

 

Qeyd edək ki, “Leykemiya ilə Mübarizə” İctimai Birliyi könüllülər və donorlar tərəfindən leykemiya ilə mübarizə aparan pasiyentlərə və onların ailələrinə dəstək məqsədi ilə qurulmuş qeyri-hökümət təşkilatıdır.

Birlik 29 sentyabr 2006-cı ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

 

Birliyimizin əsas missiyalarından biri leykemiya ilə mübarizə aparan uşaqların qarşılaşdığı çətinlikləri araşdırmaq və ictimaiyyəti bu haqda məlumatlandırmaqdır.