“Arşın mal alan” milli silsiləvi satış-sərgi yarmarkası
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası (KOBKSA) və “Kazımlı Agency”nin təşkilatçılığı ilə 5-7 avqust tarixlərində “Şərq Bazarı”nda “Arşın mal alan” milli silsiləvi satış-sərgi yarmarkasının 1-si təşkil olunacaq.
Tədbirdə Leykemiya ilə Mübarizə İctimai Birliyi olaarq biz də iştirak edəcəyik.
Tədbirin təşkilində əsas məqsəd mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının və KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yerli məhsulların tanıdılmasıdır.
Yarmarkada 90 biznes subyekti tərəfindən 3 gün müddətində tekstil, qida, aksesuar, kosmetika, oyuncaq, ev üçün əşyalar və s. məhsullar, eləcə də xidmətlər təqdim olunacaq. Tədbir çərçivəsində həmçinin, öz biznesini genişləndirmək istəyən sahibkarlar üçün ikitərəfli görüşlər və tanınmış ekspertlərin iştirakı ilə məsləhət saatları təşkil olunacaq, uğurlu iş adamları ilə təcrübə mübadiləsi, tanınmış simalarla görüş imkanı yaradılacaqdır. Bundan başqa əyləncəli konsert proqramı, uşaqlar üçün master klaslar və s. də təşkil ediləcək.