Əziz dost!

Sizə “Leykemiya ilə Mübarizə”. İctimai Birliyi haqqında məlumat verərək bildirmək istəyirik ki, Birliyimiz könüllülər və donorlar tərəfindən qan xərçənginə qarşı mübarizə aparan uşaqlara və onların ailələrinə dəstək məqsədi ilə qurulmuş qeyri-hökümət təşkilatıdır. Birliyimiz 29 sentyabr 2006-cı ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır və öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmamaqdadır.

Haqqımızda

“Leykemiya ilə Mübarizə” İctimai Birliyi könüllülər və donorlar tərəfindən qan xərçənginə qarşı mübarizə aparan uşaqlara və onların ailələrinə dəstək məqsədi ilə qurulmuş qeyri-hökümət təşkilatıdır.

Birlik, 29 sentyabr 2006-cı ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır və öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmamaqdadır.

“Leykemiya ilə Mübarizə” İctimai Birliyinin iştirakı və dəstəyi ilə mütəmadi olaraq müxtəlif xeyriyyə tədbirləri keçirilmiş və nəticədə toplanılmış vəsaitlər ilə uşaqlara dərman preparatları alınmış, şüa müalicəsində dəstək olunmuş və eləcə də ailələrə ərzaq yardımı göstərilmişdir.

Onların yardımınıza ehtiyacı var

01 10

Əsas missiyamız cəmiyyətimizi leykemiya xəstəliyi haqqında maarifləndirməkdir.

Missiyamız

Birliyimizin əsas missiyası cəmiyyətimizi leykemiya xəstəliyi (qan xərçəngi) haqqında maarifləndirmək və bu xəstəliklə mübarizə aparan uşaqlara dəstək proqramları üçün vəsait toplamaqdır. Məqsədimiz uşaqları və ailələrini leykemiya ilə mübarizədə tək qoymamaq, onları bu xəstəlikdən daha güclü olduqlarına inandırmaq və onlara sağlam gələcək bəxş etməkdir.


Bizim üçün leykemiya sadəcə sözdür, əsla hökm deyil!

Hədəflərimiz

  • Hər bir leykemiyalı uşağın müasir müalicə imkanlarından yararlanmasını təmin etmək;

  • Sosial və tibbi rehabilitasiya sistemləri yaratmaq; 

  • Azərbaycanda leykemiya müalicəsinin müasir və yüksək keyfiyyətdə aparılmasına, elmi araşdırmaların aparılmasına dəstək olmaq;

  • Tibbi personalın ixtisas səviyyəsinin yüksəldilməyinə dəstək olmaq.

Tədbirlərimiz

“Hamı birlikdədir,hamı unikaldır”

14 iyul 2015-cü ildə saat 11.00-da B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun konfrans zalında Xroniki Miyeloleykoz xəstəliyindən əziyyət çəkən insanların “Hamı birlikdədir, hamı unikaldır” adlı pasiyentlər üçün məktəb keçirilmişdir.

18 iyun 2022

Xəbərlər

“Arşın mal alan” milli silsiləvi satış-sərgi yarmarkası

5-7 avqust tarixlərində  “Şərq Bazarı”nda “Arşın mal alan” milli silsiləvi satış-sərgi yarmarkasının 1-si təşkil olunacaq.

"Ağa qarşı Qırmızı"

Leykemiyadan əziyyət çəkən uşaqlara dəstək üçün "Ağa qarşı Qırmızı" adlı mix Debat turnir təşkil edilib

BNA -"Mən yaşamaq istəyirəm!"

Bakı Nəqliyyat Agentliyinin “Uşaqlarla Bir Yoldayıq” layihəsi çərçivəsində "Mən yaşamaq istəyirəm!" adlı tədbir keçirilib.

Himayədarlıq Proqramı

Leykemiya ilə Mübarizə İctimai Birliyi “Himayədarlıq Proqramına" start verdi!

Birliyə daxil olmuş və xərclənmiş vəsaitlərin hesabatı

Sizinlə daha çox insan həyatını xilas edə bilərik