"Ağa qarşı Qırmızı"
14-15 may tarixlərində "Leykemiya ilə Mübarizə İctimai Birliyi"nə dəstək üçün "FİRST Group"un təşkilatçılığı, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi ,Milli Hematologiya və Transfuziologiya Mərkəzinin, "DAVAM Gənclər Hərəkatı"nın əməkdaşlığı və "Dərs Evi" Tədris Mərkəzinin ev sahibliyi ilə " Ağa qarşı Qırmızı" adlı mix Debat turniri təşkil edilmişdir.
Leykemiyadan əziyyət çəkən uşaqlara diqqət çəkmək, məsələdə sadəcə maddiyyatın deyil, eyni zamanda maarifləndirmə və motivasiyanın da önəmli olduğunu cəmiyyətə çatdırmaq üçün həyata keçirib.
Debat turnirin ilk günündə 10 komanda yarışmışdır.
AU-TİZM Komandası
QƏLİZ MƏSƏLƏDİR Komandası
NƏNƏMİN TƏNDİRİ Komandası
BERMUDA Komandası
PURGATORİO Komandası
ERİTRO-CELL Komandası
MÖHTƏŞƏMSİNİZ OPPONENT Komandası
BİRİ HƏKİM ÇAĞIRSIN Komandası
MEYARIN MƏĞLUBİYYƏTİ Komandası
TROMBOSİTLƏR Komandası
Turnirdə iştirak edən komandalardan 2 komanda, Təsdiq mövqeyində “Biri həkim çağırsın” və inkar mövqeyində “Bermuda” komandası final mərhələsinə vəsiqə qazanmışdır. Qalib inkar mövqeyində çıxış edən “Bermuda” komandası olmuşdur.
Debat turnirin bağlanış mərasimində “Leykemiya ilə Mübarizə İctimai Birliyi”nin sədri Mehriban Bağırova açılış nitqini səsləndirmiş, daha sonra isə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova, “DAVAM Gənclər Hərəkatı” Davamlı inkişaf Mərkəzinin sədri Aygün Dəniz Hüseynova çıxış etmişdir.
Bağlanış mərasimində Leykemiya ilə mübarizəyə diqqət çəkmək üçün xərçəng xəstəyindən dünyasını dəyişmiş Bakı Mühəndislik Universitetini fərqlənmə diplomu ilə bitirmiş, ödənişsiz əsaslarla magistr pilləsinə daxil olmuş Gülnurə Hüseynlinin valideyni Sevinc Aslanova iştirakçılara və qonaqlara Gülnurə ilə birlikdə apardıqları mübarizədən və Gülnurənin dünyasını dəyişdikdən sonra Sevinc xanımın başqa xəstə insanlara necə dəstək və motivasiya verməsindən bəhs etmişdir.
Daha sonra hal-hazırda 15 yaşı olan və 10 yaşı olarkən qan xərçəngi ilə mübarizə apararaq leykoza qalib gəlmiş qəhramanımız Xədicə Qasımzadə çıxış etmiş və hal-hazırda könüllü şəkildə başqa leykoz uşaqlara göstərdiyi dəstək haqqında çıxış etmişdir.
Çıxışlardan sonra Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicəsi davam edən uşaqlarla canlı bağlantı qurularaq, onlarla söhbət edilmiş, durumları, əhval ruhiyələri və gələcək arzuları haqqında soruşuluş dur. Turnirdə iştirak edən hər bir kəs onların apardıqları bu böyük mübarizənin kiçik bir hissəsinə şahid olmuşdurlar.