Himayədarlıq Proqramı
Bir çoxlarınızın bildiyi kimi biz, Leykemiya ilə Mübarizə İctimai Birliyi olaraq qan xərçəngi ilə mübarizə aparan uşaqlarımıza daha çox və effektiv yardım edə bilmək üçün bir neçə layihə üzərində çalışırıq.
Bunlardan biri də Himayədarlıq Proqramıdır və biz bu layihəyə artıq start veririk.
Siz bizə necə kömək edə bilərsiniz?
Himaydarlıq Proqramına qoşulan hər bir himayədar 12 ay müddətində özünün təyin etdiyi məbləği himayədarlıq proqramı üçün ayrılmış hesaba yatırır. Yəni siz özünüzə uyğun 12 aylıq hər ay ödəyə biləcəyiniz bir məbləğ təyin edib bizə deyirsiniz. Hər ay sizin yatırdığınız bu məbləği biz digərləri ilə birləşdirib qan xərçəngi ilə mübarizə aparan uşaqlarımızın ehtiyyacları üçün sərf edirik (dərman, ərzaq və s.). Şəffaf hesabatlılıq sistemimiz var. Belə ki, biz hər ay sonunda www.leykoz.az saytında himayədarlarımızın bizə göndərdiyi məbləğləri, himayəçinin ad soyadı (əgər adının bilinməyini istəməzsə ona verilən xüsusi kod ilə) paylaşılacaq, eyni qayda da hər ay görülən hər bir işin, çəkilən hər bir xərcin hesabatıda paylaşılacaqdır.
ətraflı məlumat almaq üçün 051 353 63 60 nömrəsi əlaqə saxlaya bilərsiniz.